“Real”da ayrılıq gözlənilir

"Real Madrid" sol cinah müdafiəçisi Ferlan Mendi ilə yollarını ayırmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, Madrid klubu 30 yaşlı oyunçu gələn ilin yayında satacaq.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, F.Mendi "Real"a 2019-cu ilin iyul ayında "Lion"dan 48 milyon avro qarşılığında transfer olunmuşdu.

Təcrübəli futbolçu hazırda zədəlidir.