"Real"da ciddi itki

Madrid "Real"ı bu gecə "Bavariya" önünə ciddi itki ilə çıxacaq. Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Zinəddin Zidan Qaret Beylin xidmətindən yararlana bilməyəcək. Uelsli futbolçu Münhendə aldığı zədədən əziyyət çəkir. Onun bugünkü oyunda iştirakı gözlənilsə də alınmayıb. Çox güman ki, Beyli Lukas Vaskes əvəzləyəcək. Xatırladaq ki, "Real"la  "Bavariya"nın ÇL-in 1/4 finalındakı ilk oyunu 2-1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.