"Real"dan Enzo həmləsi
"Real Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandezi transfer etmək istəyir.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu yay transfer pəncərəsi dövründə Enzo üçün "Çelsi"yə rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 75 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Enzo Fernandez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 5 qol və 9 asistlə yadda qalıb.