"Real"dan Zubimendi həmləsi
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi "Real Madrid"in maraq dairəsinə düşüb.
Sportline.az "Cope" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Zubimendi üçün 60 milyon avro ödəməyə hazırdır.
26 yaşlı yarımmüdafiəçinin "Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Zubimendi bu mövsüm çıxış etdiyi 38 matçda 2 qol və 2 asistlə yadda qalıb.
Onun "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.