"Real"ın əfsanəsi - Raul Qonzales
Futbol tarixinin ən seçilən futbolçularından Raul Qonzales karyerasını bitirdi. SportLine.az onun 26 illik futbolçu həyatına nəzər salıb.
"REAL MADRİD" FORMASI İLƏ İLK OYUN
Raul "Kral klubu"nda 1994-cü ildə debüt etdi. Rəqib isə "Saraqosa" idi. Həmin vaxt Madrid komandasına Xorxe Valdano rəhbərlik edirdi. Məhz, o, ilk dəfə Raula özünü sübut etməyə imkan vermişdi.
"ATLETİKO" KARYERASI
O, 1990-1992-ci illərdə Madridin digər bir klubu - "Atletiko"nun şərəfini qorumuşdu. "Ağ-qırmızılar" həmin vaxt əzəli rəqiblərinə necə bir oyunçu verdiklərinin fərqinə varmamışdılar.
ƏFSANƏVİ KAPİTAN
Raul öz xarakteri ilə bir çox futbolçulara nümunə oldu. O, kapitanı olduğu komandasına məharətlə liderdlik edirdi.
"LA LİQA"NIN ULDUZU
1994-2010-cu illər arasında Raul İspaniya çempionatında 550-dən çox matçda meydana çıxdı.
ÖLKƏ ÇEMPİONLUQLARI
"Qalaktikos"un lideri 6 dəfə "La Liqa" kubokunu başı üzərinə qaldırdı.
RAUL-MORİENTES DUETİ
Raul və Morientes, həm Madrid "Real"ında, həm də İspaniya millisində uğurlu tandem təşkil edirdilər.
BEYNƏLXALQ UĞURLAR
Qonzales "Real" forması ilə 3 dəfə Çempionlar Liqasında, 2 dəfə FİFA Dünya Klublar Kubokunda qalib oldu.
MİLLİ KOMANDADAKI UĞURSUZLUQ
Klub karyerasında bir çox uğurlara imza atan Raul İspaniya millisində istədiklərini əldə edə bilmədi. 2000-ci ildə keçirilən Fransa ilə oyundan sonra axıdılan göz yaşları onun milli karyerasını özündə əks etdirirdi...
"REAL"A ƏLVİDA
2010-cu ildə Raul Madrid klubu ilə yollarını ayırdı. Bundan sonra onun əfsanəvi "7" nömrəli formasını Kriştiano Ronaldo geyinməyə başladı.
BUNDESLİQA MACƏRASI
"Real"dan sonra Raul ilk dəfə legioner həyatı yaşadı. O, 2012-ci ilədək "Şalke"nin heyətində çıxış etdi.
"ŞALKE"NİN QƏHRƏMANI
Cəmi iki il çıxış etməsinə baxmayaraq, Raul "Şalke"nin tarixinə də adını qızıl hərflərlə yazdırmağı bacardı. Çıxışı ilə Qonzales komandanın ən vacib simalarından biri oldu.
AVROPANIN LİDERİ
Futbolçu uzun müddət 71 qolla Çempionlar Liqası tarixinin ən çox qol vuran futbolçularının siyahısına liderlik etdi. Hazırda isə Kriştiano Ronaldo və Lionel Messinin ardından üçüncüdür.
NÖVBƏTİ DAYANCAQ - QƏTƏR
Raul "Şalke"dən sonra Qətərə üz tutdu. O, iki il "Əl-Sadd" klubunun şərəfini qorudu.
ASİYA UĞURLARI
İki il ərzində Raul "Əl-Sadd"ın heyətində iki liqa çempionluğu əldə etdi.
AMERİKAN YUXUSU
Pele və Franz Bekkenbauer kimi əfsanələr kimi, Raul da "Nyu-York Kosmos"a transfer olundu və burada gözəl çıxışı ilə amerikalı futbolsevərlərin rəğbətini qazandı.
FUTBOLA ƏLVİDA
Futbolçu olduğu müddətdə minə yaxın oyunda meydana çıxan Raul Qonzales noyabrın 15-də son matçına çıxdı və möhtəşəm karyerasını bitirdi.