"Real"ın gözü "Atalanta"nın ulduzuna düşüb
"Atalanta"nın belçikalı futbolçusu Şarl De Ketelare karyerasını "Real Madrid" klubunda davam etdirə bilər.
Sportline.az "RM Confidencial"a istinadən xəbər verir ki, "Real" Ş. De Ketelareni transfer etmək üçün hərəkətə keçib.
İspaniya klubunun rəhbərliyi bu keçid üçün "Atalanta"ya 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Şarl De Ketelarenin İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 24 matçda 10 qol və 9 asistlə yadda qalıb.