"Real"ın oyunu narazılıq doğurub
Ulduzlar toplusu "Real"ın oyunu mütəxəssislərin tənqidinə tuş gəlib.
Sportline.az xəbər verir ki, onların fikrincə Kral klubu bu yay həyata keçirilən transferlərə rəğmən istənilən kimi çıxış edə bilmir.
"Relevo"nun yaydığı nəlumatda klub rəhbərliyinin də eyni fikirdə olduğu bildirilir.
Mənbənin yaydığı xəbərdə rəhbrəliyi xüsusilə Mbappe və Endrikin transferinə baxmatayaraq baxımlı futbol ortaya qoyulmaması təəccübləndirir.
Səslənən tənqidlərdə həmçinin komandada oyun intizamının aşağı düşməsi və baş məşqçinin bu mövsüm üçün seçdiyi oyun sxeminin də uyğunsuzluğuna diqqət yönəldilir.