“Real”ın yeni hədəfi bəlli olub

“Real Madrid” Neil El Aynaouini yaxından izləyir.

Sportline.az xəbər verir ki, Mərakeş millisinin yarımmüdafiəçisi Neil El Aynaoui Afrika Millətlər Kubokundakı çıxışı ilə “Real Madrid”in diqqətini cəlb edib.

Madrid klubu futbolçunu yay transfer pəncərəsi üçün potensial namizəd kimi dəyərləndirir.