Rəcəbov Karlsenlə heç-heçə etdi, Məmmədyarov uduzdu
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 4-cü tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.
Şəhriyar Məmmədyarov bu tur Veselin Topalovu sınağa çəkəcək.
Rauf Məmmədov isə Radoslav Voytaşeklə qarşılaşacaq.
Bütün görüşlər saat 15:00-da başlanacaq.
22 aprel 2018
Shamkir Chess
4-cü tur
Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Radoslav Voytaşek (Polşa) ⚪ - ⚫ Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) ⚪ - ⚫ David Navara (Çexiya) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Turnir cəvdəli:
1. Veselin Topalov (Bolqarıstan) - 2,5
2-7. Maqnus Karlsen (Norveç) - 2
2-7. Sergey Karyakin (Rusiya) - 2
2-7. Teymur Rəcəbov (Azərbaycan) - 2
2-7. Rauf Məmmədov (Azərbaycan) - 2
2-7. Radoslav Voytaşek (Polşa) - 2
2-7. David Navara (Çexiya) - 2
2-9. Aniş Giri (Hollandiya) - 2
2-9. Liren Dinq (Çin) - 2
10. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1,5