Referimiz Avroliqaya təyinat alıb
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində Danimarkada “Midtüllan” və Bolqarıstanın “Lüdoqorets” klubları arasındakı oyunu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.
Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində keçiriləcək.