Renat 90 dəqiqə oynadı
Portuqaliya çempionatında 10-cu tura start verilib.
Sportline.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə "Aroka" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Dadaşov 24-cü dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Tondela” 9 xalla 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.