Renat Dadaşov 2020-ci ilədək "Ayntraxt"da
Azərbaycan millisinin üzvü Renat Dadaşov "Ayntraxt"la yeni müqavilə imzalayıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu daha üç il müddətində Frankfurt təmsilçisinin şərəfini qoruyacaq.
Razılaşmaya əsasən, R.Dadaşov ilk 6 ay ərzində U-19 komandasında çıxışını davam etdirəcək. Daha sonra əsas komandaya cəlb olunacaq.
Qeyd edək ki, futbolçu Azərbaycan millisinin Avstriya toplanışında düşərgədə olacaq.