Renat Dadaşov qol vurdu, komandası "Bavariya"ya qalib gəldi
Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Aytraxt"ın U-19 komandası növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Bavariya" kollektivi olub.
Matç Frankfurt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0.
R.Dadaşov 34-cü dəqiqədə komandasının 2-ci qolunu vurmaqla qələbəyə töhfə verib.
Xalını 36-a çatdıran "Ayntraxt" turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.