Renat Dadaşovun komandası 1/16 finalda
Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.
Sportline.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə aşağı liqa təmsilçisi “Kamaşa”nı 2:1 hesabı ilə məğlub edib və 1/16 finala yüksəlib.
64-cü dəqiqədə meydana çıxan Dadaşov komandasının qələbəsində iştirak edib.