Rəqiblər "Qarabağ" haqqında yazırlar

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Madrid "Atletiko"su komandamız haqqında yazıb. 

Sportline.az xəbər verir ki, məqalələr klubun rəsmi saytında yayımlanıb. 

Məqalələrdən birində "Qarabağ"ın işğal altındakı Ağdam rayonunun komandası olduğu barədə, digər məqalələrdə "Qarabağ" ÇL-in qrup mərhələsinə düşmək üçün üç cəhdi və Azərbaycan çempionatındakı çıxışlarından bəhs olunur.