Reşford İngiltərəni tərk edir
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını "Milan"da davam etdirəcək.
Sportline.az "Guardian" qəzetinə istinadən xəbər verir ki, "Milan" Reşfordu icarə əsasında heyətinə qatacaq.
27 yaşlı futbolçu "Mançester Yunayted"i birdəfəlik tərk etmək niyyətində deyil.
Qeyd edək ki, Reşford cari mövsün çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.