Reşford karyerası ilə bağlı qərar verdi

İngiltərə millisinin üzvü Markus “Reşford” gələcəyi barədə qərara gəlib.

Sportline.az məşhur idman jurnalisti Fabrizio Romanoya istinadən xəbər verir ki, o, “Mançester Yunayted”də qalmağa razıdır.

Hücumçu Erik Ten Haqla çalışmaqdan məmnun olduğunu bildirib.

Yeni müqavilənin mövsümün sonlarına yaxın başlanacağı gözlənilir.

Qeyd edək ki, Reşford bu mövsüm Premyer Liqada çıxdığı 29 matçda 15 qol və 4 asistlə yadda qalıb.