Rəsul Çunayev: "Bu, mənim üçün sürpriz oldu"

İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda "İlin ən yaxşı idmançısı" nominasiyasında yunan-roma güləşi üzrə Dünya və Avropa çempionu, I Avropa Oyunlarının qalibi Rəsul Çunayev bütün rəqiblərini üstələyib. İdmançı təəssüratlarını SportLine.az saytı ilə bölüşüb.

"Ötən il mötəbər yarışlarda qalib oldum. Buna görə, hədiyyəyə özümü layiq hesab edirəm", - deyən Çunayev tədbirin onun üçün gözlənilməz olduğunu deyib: "Tədbirdən xəbərim yox idi. Mənim üçün sürpriz oldu. Sevindirici haldır ki, ayrı-ayrı qurumlar işimizə dəyər verirlər. Bu da bizi daha da həvəsləndirir. Çalışacağam, növbəti ildə də, ən azı, bu ilki kimi uğurlu çıxışla yadda qalım".