Rəsul Çunayev ermənini belə məğlub etdi

İstanbulda keçirilən II Dünya təsnifat turnirində Rəsul Çunayev Fransanı təmsil edən erməni güləşçi Artak Marqaryan üzərində parlaq qələbə qazanıb. SportLine.az yarımfinalda rəqibinə aman verməyən Rəsul finalda Qırğızıstan güləşçisi Ruslan Tsarevi də məğlub etməklə qızıl medala yiyələnib.

Qeyd edək ki, finala vəsiqə qazanmaqla pəhləvanımız artıq Olimpiya lisenziyasını təmin etmişdi.