Reynaldonun törətdiyi avtoqəza

"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo vətəni Braziliyada avtomobil qəzasına düşüb.

SportLine.az Braziliya mətbuatına istinadən xəbər verir ki, istirahət etdiyi Aqreste ştatında qəza törədib. "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən motosikletlə toqquşan Reynaldo xəsarət almasa da, motosiklet sürücüsünün ayağı qırılıb. 

“Qarabağ”ın futbolçusu qəzadan sonra xəsarət alan digər sürücüyə kömək edib. Dərhal xəstəxanaya aparılaraq əməliyyat olunan zərərçəkənin vəziyyətinin normal olduğu bildirilib.

Polisin araşdırması nəticəsində Reynaldonun içkili olmadığı üzə çıxıb.