Məşhur niderlandlı istefaya göndərildi
Şotlandiyanın "Reyncers" klubu baş məşqçisi Covanni van Bronxorstla yolları ayırıb.
Sportline.az xəbər verir ki, gözlənilməz ayrılığı klubun mətbuat xidməti açıqlayıb. Qlazqo təmsilçisi niderlandlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, Bronxorts 2021-ci ilin noyabrından "Reyncers"i çalışdırırdı. Komanda onun rəhbərliyi ilə Avropa Liqasında finala çıxıb və gümüş medal qazanıb. "Reyncers" Şotlandiya çempionatında 15 turdan sonra 33 xalla 2-ci sıradadır.