"River Pleyt" "Liverpul"un sabiq hücumçusunu transfer etmək istəyir

"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes yanvar ayında komandadan ayrılmaq fikrinə düşüb.

Sportline.az xəbər verir ki, "River Pleyt" 26 yaşlı futbolçunu heyətə qatmağı düşünür.

Bu haqda "Ole" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Liverpul"un sabiq oyunçusu bu mövsüm meydana çıxdığı 11 matçda 5 qol, 2 asistlə yadda qalıb.