Rıza Çalımbay klubsuz qaldı

Türkiyəli baş məşqçi Rıza Çalımbay "Sivasspor" klubundan ayrılıb.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə açıqlama verib.

O, artıq vidalaşmaq vaxtı olduğunu bildirib: "Heç kimə qarşı incikliyim yoxdur. Bura mənim məmləkətimdir. Yenidən qayıtmaq üçün gedirəm".

Qeyd edək ki, Rıza Çalımbay 2019-cu ildən "Sivasspor"da işləyib. Komanda onun rəhbərliyi altında 2021/2022 mövsümündə Türkiyə Kubokunu qazanıb.