Robben "Premyer Liqa" yolunda

"Bavariya"nın hollandiyalı hücumçusu Aryen Robben "Mançester Yunayted"in hədəfindədir. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçunun xidmətində maraqlı olan "Qırmızı şeytanlar"ın qış transfer pəncərəsində münhenlilərə rəsmi təklif ünvanlayacağı gözlənilir. Son vaxtlar Robert Levandovski ilə münasibətləri pozulan Robbenin də "Premyer Liqa"ya getməyə müsbət münasibət bəslədiyi deyilir. 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyur.