Robert Levandovski 2021-ci ilin hücumçusu seçilib
Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski ilin hücumçusu seçilib.
Sportline.az xəbər verir ki, 33 yaşlı forvard "France Football" nəşrinin keçirdiyi sorğunun nəticəsinə əsasən bu ada layiq görülüb.
Təcrübəli oyunçu 2021-ci ildə vurduğu 64 qolla bütün rəqiblərini qabaqlayıb.