Rodriqo "Real"dan ayrılmaq fikrində qətidir

"Real Madrid"in brazilyalı sağ cinah vingeri Rodriqo yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, oyunçu rəhbərliklə bu məsələni danışıb.

Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real"da çıxış edir.