"Roma" "Atletiko"ya elçi düşüb

"Roma" "Atletiko Madrid"in futbolçusu Matteo Ruqqerini heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

23 yaşlı sol cinah müdafiəçisinin dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, M.Ruqqeri cari mövsüm meydana çıxdığı 22 matçda 1 asistlə yadda qalıb.