"Roma" "Everton"la qardaşlaşdı

"The Friedkin Group"a daxil olan "Roundhouse" şirkəti İngiltərənin tanınmış klublarından birini sahiblənib.

Sportline.az xəbər verir ki, İtaliya"nın "Roma" klubunun sahibi olan bu şirkət "Everton" klubunun da nəzarət paketinə yiyələnib.,

Bu haqda Liverpul təmsilçisinin rəsmi saytında məlumat yayılıb.

Qeyd edək ki, "Everton" İngiltərənin 9 qat çempionudur.

Klub həmçinin 1985-ci ildə Kuboklar Kuboku turnirinin də qalibi olub.

Cari mövsümdə komanda 16 turdan sonra İPL-də 16-cı pillədə qərarlaşıb.