"Roma" yeni formalarını təqdim edib

İtaliyanın "Roma" klubu 2023/2024 mövsümü üçün yeni formaları təqdim edib.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, yeni geyim dəsti komandanın son mövsümdəki forması ilə çox da seçilmir.

Əsas fərq geyimlərin bir rəng fonunda hazırlanmasıdır.

Qeyd edək ki, son mövsümdə 63 xal toplayan "Roma" A Seriyasını 6-cı pillədə başa vurub.

ФОТО: ФК «РОМА»

 

Banner