"Roma" yeni transferi açıqladı

Mario Ermoso "Roma"nın şərəfini qoruyacaq.

Sportline.az xəbər verir ki, paytaxt klubu ispaniyalı müdafiəçinin transferini rəsmən açıqlayıb.

29 yaşlı futbolçu azad agent statusunda romalıların formasını geyinəcək.

"Atletiko"nun müdafiəçisi yeni klubu ilə 2027-ci ilədək müqavilə bağlayıb.

Qeyd edək ki, "Real"ın yetirməsi bunadək həmçinin "Valyadolid" və "Espanyol"un heyətində oynayıb.