"Roma" "Yuventus"u üstələdi

İtaliya A Seriyasında 36-cı tura yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günü "Roma" - "Yuventus" dueli ilə yadda qalıb.

Çempionluq uğrunda yarışan komandaların mübarizəsi gərgin alınıb. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.

"Roma" - "Yuventus" - 3:1
QOLLAR:
Lemina, 14 (0:1); De Rossi, 25 (1:1); El Şaaravi, 56 (2:1); Nainqollan, 65 (3:1)

Standings provided by Sofascore LiveScore