"Roma"nın qələbəsi klub prezidentinə baha başa gəlib

Çempionlar Liqasının 1/4 finalında "Barselona" üzərində sensasiyalı qələbədən sonra özünü Romanın mərkəzindəki fontanlardan birinə atan Ceyms Pallotta cərimələnib.

Sportline.az xəbər verir ki, çılğınlığı klub rəhbərinə baha başa gəlib. Belə ki, ictimai asayişi pozduğuna görə 450 avro ödəməli olan Pallotta bununla kifayətlənməyərək xeyriyyə məqsədli addım da atıb. O, Roma Panteonu fəvvarəsinin təmiri üçün 230 min avro vəsait ayıracağına söz verib.