Romario karyerasını bərpa edib
Braziliya millisi və "Barselona"nın sabiq hücumçusu Romario karyerasını bərpa edib.
Sportline.az xəbər verir ki, məşhur futbol ulduzu Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə bağlayıb.
Maraqlıdır ki, Romario sözügedən klubun prezidentidir.
O, "ESPN FC"yə açıqlamasında belə deyib: "Demək istərdim ki, mən çempionluq uğrunda yarışmayacam. Sadəcə qəlbimin komandasında bir neçə oyun keçirəcəm. Bundan əlavə oğlumla eyni komandada oynamaq arzumu həyata keçirəcəm".
Xatırladaq ki, 58 yaşlı superforvard karyerasını 2009-cu ildə bitirmişdi.