Ronaldinyonun oğlu İngiltərə klubunda
Dünya futbolunun ulduzu Ronaldinyonun oğlu Joau Mendeş İngiltərədə oynayacaq.
Sportline.az xəbər verir ki, o, "Börnli" klubu ilə müqavilə imzalayıb.
Bu haqda "Globo" məlumat yayıb.
19 yaşlı futbolçu ingiltərəlilərlə 2026-cı ilədək anlaşıb.
Qeyd edək ki, Mendeş son mövsümü "Barselona"nın gənclər komandasında keçirmişdi.