Ronaldo Abramoviçin hədəfində
"Çelsi"nin prezidenti Roman Abramoviç Kriştiano Ronaldonu transfer etmək niyyətindədir. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, klub rəhbərinin qış transfer pəncərəsində futbolçunun keçidi ilə bağlı "Real Madrid"ə rəsmi müraciət ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2009-cu ildən "Kral klubu"nun şərəfini qoruyur.