Ronaldo bu mövsüm ilk dəfə meydanı qolsuz tərk edib

"Əl-Nəssr" Səudiyyə Ərəbistanı Liqasının 3-cü turunda "Əl-Əhli" ilə 1-1 hesablı heç-heçəyə razı olub.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Əl-Nəssr"in kapitanı Kriştiano Ronaldo bu mövsüm ilk dəfə meydanı qolsuz tərk edib.

Ulduz futbolçu bundan əvvəlki 2 turda 2 qol vurub. O, həmçinin ölkə Superkubokunun yarımfinalında və finalında fərqlənib.

Qeyd edək ki, oyundan əvvəl Ronaldoya karyerasında vurduğu 900 qolun şərəfinə köynək hədiyyə edilib.