"Ronaldo heç vaxt "Siti"yə keçməz"

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer yeni transferləri Kriştiano Ronaldonun "Mançester Siti"yə keçməsi ehtimalından danışıb.

Sportline.az xəbər verir ki, o, goal.com-a açıqlamasında belə bir şeyin mümkün olmayacağını deyib: 

"Belə bir ehtimal yoxdur. Ronaldo heç vaxt "Mançester Siti"yə keçməz".

Qeyd edək ki, Ronaldo bir neçə gün əvvəl "qırmızı şeytanlar"la 2+1 illik müqavilə imzalayıb.