Ronaldo: "Mbappe mənim kimi oynasın"
Kriştiano Ronaldo "Real Madrid"in futbolçusu Kilian Mbappe haqqında danışıb.
Sportline.az "MadridXtra" nəşrinə istinadən xəbər verir ki, Portuqaliyalı ulduz Mbappe haqqında bu fikirləri səsləndirib;
"Mbappe mükəmməl futbolçudur. Onu çox bəyənirəm. O dünyanın ən yaxşı oyunçusudur. Mbappe tarixin ən böyük klubunda çıxış edir. Bu məsuliyyəti hər zaman öz üzərində hiss etməlidir. Mən Mbappenin yerində olsaydım, mənim "Real"da oynadığım mövqeyde çıxış edərdim. "Real Madrid" azarkeşləri Mbappenin qədrini hər zaman bilməlidirlər. Çünki Kilian "Real"da tarix yazacaq", - deyə Ronaldo bildirib.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 21 qol və 3 asistlə yadda qalıb.