Ronaldo Sulşerə çatdı
"Mançeser Yunyeted"in futbolçusu Kriştiano Ronaldonun İngiltərə Premyer Liqasının 16-cı turunda "Norviç"lə oyunda (1:0) vurduğu qol əlamətdar olub.
Sportline.az xəbər verir ki, komandasına qələbə qazandıran qol Ronaldonun "Mançester Yunayted"lə Premyer Liqadakı 91-ci qolu olub. 36 yaşlı hücumçu bu göstəricidə komandanın keçmiş oyunçusu və baş məşqçisi Ole-Qunnar Sulşerə çatıb.
Ronaldo və Sulşer "Mançester Yunyated"in bombardirləri arasında 6-cıdırlar. Ən yaxşı bombardir isə 183 qolla Ueyn Runidir.