Ronaldo U-21 komandasının məşqində
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo klubun U-21 komandası ilə məşqinə qatılıb.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Samuel Lakherst məlumat yayıb.
"Kriştiano bu gün saat 8:30-da "Manşester Yunayted"in hazırlığına gəlib. O, U-21 komandası ilə məşq edəcək" - deyə jurnalist Tvitterdə bildirib. Daha sonra yayılan xəbərə görə, portuqaliyalı futbolçu U-21 komandasının məşqinə gəlsə də, fərdi qaydada hazırlıq keçəcəyini deyib.
Xatırladaq ki, dünən "Mançester Yunayted" futbolçusu Kriştiano Ronaldonu heyətdən kənarlaşdırdığını açıqlayıb.
Klubun mətbuat xidməti bildirib ki, portuqaliyalı hücumçu Premyer Liqanın 13-cü turunda "Çelsi" ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
Buna portuqaliyalı hücumçunun intizamsız davranışları səbəb olub. Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişindən meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb.