Ronaldonun karyerasındakı ən pis göstərici
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatlarının seçmə mərhələlərindəki ən pis nəticəsini göstərib.
Sportline.az xəbər verir ki, bu, ötən gecə Serbiya ilə matçda qeydə alınıb. 36 yaşlı hücumçu sözügedən görüşdə qapıya zərbə vurmağı bacarmayıb. Belə göstərici Ronaldonun karyerasında ilkdir.
Qeyd edək ki, Portuqaliya Serbiyaya 1:2 hesabı ilə uduzub.