Ronaldonun YouTube kanalı iki saat ərzində iki milyondan çox abunəçi toplayıb
"Əl-Nassr"in hücumçusu Kriştianu Ronaldo öz YouTube kanalını açıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bunun elan edilməsindən sonra iki saat ərzində kanala 2 milyondan çox insan abunə olub.
Ronaldo sosial media hesabından "Gözləmə bitdi. YouTube kanalım nəhayət buradadır. Abunə olun və bu səyahətdə mənə qoşulun" yazıb.
Qeyd edək ki, "Əl-Nəssr"də çıxış edən 39 yaşlı ulduz futbolçunun klubu ilə bu mövsümün sonuna qədər müqaviləsi var.