Ronaldu üçün yeni baş məşqçi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçi ilə anlaşmağa hazırlaşır.

Sportline.az CBS Sports saytına istinadla xəbər verir ki, Kristiano Ronaldonun çıxış etdiyi komandanın baş məşqçi postu üçün namizədlərin sırası daralıb.

Klub rəhbərliyi son olaraq Zinəddin Zidan və ya Joze Mourunyodan biri ilə müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, “Əl Nəsr” Ərəbistan çempionatında 53 xalla 2-ci pillədə qərarlaşıb.