Ros Barkli sabiq klubuna qayıdıb

Ötən mövsüm Premyer Liqada uğurlu çıxışı ilə diqqət çəkən "Aston Villa" Ros Barklini yenidən heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə Birminqem klubunun rəsmi saytı məlumat yayıb.

Ötən mövsümü "Luton Taun"da keçirən 30 yaşlı yarımmüdafiəçi 37 oyunda komandasına 5 qol və 6 asistlə xeyir verib.

"Everton"un yetirməsi sayılan təcrübəli futbolçu daha əvvəl "Lids Yunayted", "Çesli" və "Nitsa" klubunda çıxış edib.

Qeyd edək ki, Ros Barkli 2020/2021 mövsümündə icarə əsasında "Aston Villa"da oynayıb.