Roy Kin Azərbaycanda yaşamaq istəmir

Roy Kinin, millimizin baş məşqçisi olmaq ehtimalı azalır.

Sportline.az xəbər verir ki, bu barədə nüfuzlu “İndependent” nəşri məlumat yayıb.

Bildirilir ki, AFFA ilə danışıqları davam etdirən irlandiyalı mütəxəssis Bakıda yaşamaq istəmir. 

Federasiya isə millinin məşqçisindən Azərbaycanda qalmağı və ölkə futbolunu tanımasını tələb edir.

Bu səbəbdən də Roy Kinin millinin başına keçmə ehtimalının az olduğu vurğulanıb.

Qeyd edək ki, AFFA bir neçə gün öncə 49 yaşlı mütəxəssislə danışıq apardığını təsdiqləyib.