RPL-da bu gün

Rusiya Premyer Liqasında 5-ci tur start götürür.

Sportline.az xəbər verir ki, bu gün futbolsevərləri 2 oyun gözləyir.

Həftənin açılış oyununda "Dinamo" doğma meydanda "Krılya Sovetov"la qarşı qarşıya gələcək.Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.m

Digər matçda "Rostov" və "Orenburq" komandaları münasibətləri aydınlaşdıracaqlar. Rostovda keçiriləcək qarşılaşma 20:30-da start götürəcək.

Qeyd edək ki, 4 turdan sonra yarış cədvəlinə 12 xalla "Zenit" başçılıq edir. "Dinamo" 9 xalla ikincidir. İlk üçlüyü eyni xalla "Lokomotiv" qapıyır.