RPL: "Zenit" liderliyini davam etdirir

Rusiya Premyer Liqasında 8-ci həftənin oyunları davam edir.

Sportline.az xəbər verir ki, turun mərkəzi oyununda ÇSKA ilə "Zenit" qarşı qarşıya gəlib.

Moskvada keçirilən görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.(0-1). Matçdakı yeganə qolun müəllifi 43-cü dəqiqədə Lusiano Qondu olub.

Bu qələbə ilə xallarının sayını 20-yə çatdıran "Zenit" 1-ci sıradakı yerini qoruyub. ÇSKA 13 xalla 5-cidir.

Qeyd edək ki, günün son oyununda "Krasnodar" "Rostov"u qəbul edəcək.Qarşılaşma saat 20:00-da başlayacaq.