Rudiger "Real Madrid"də qalmaq istədiyini açıqlayıb

"Real Madrid"in almaniyalı müdafiəçisi Antonio Rudiger klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarından gələn bütün təklifləri geri çevirib.

"Defensa Central" nəşrinin yaydığı məlumata görə, Rudiger maaşının 9 milyon avrodan, 7 milyona qədər azalmasınada razıdır.

Qeyd edək ki, A.Rudiger bu mövsüm 8 rəsmi matçda meydanda olub.

Sözügedən oyunçu 2022-ci ildən "Real Madrid"də çıxış edir.