Rüfət oynadı, komandası uduzdu
Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” səfərdə “Kaan-Marienborn”la qarşılaşıb. Futbolçumuzun komandası oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Şalke-2” hazırda 34 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşır.
“Kaan-Marienborn” - "Şalke-2" - 2:1
Qollar: Tsuda, 11, Hammel, 16 - Sane, 48