Rüfətin komandasından heç-heçə

Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda  doğma meydanda “Rot Vays Ahlen”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Rüfət də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası hazırda 20 xalla 18 komanda arasında arasında 3-cü pillədə qərarlaşıb.

Banner